Türkiyə və Rusiya Xarici işlər nazirləri arasında telefon danışığı olub.
Yenicag.az xəbər verir ki, tərəflər Suriya problemi haqqında fikir mübadiləsi aparıb.
Tərəflər iki ölkə prezidentlərinin avqustun 27-də Moskvada əldə etdiyi razılaşma və BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi əsasında həll edilməsi gərəkən məsələləri müzakirə edib.
Telefon danışığı zamanı konstitusiya komitəsinin tezliklə formalaşmasının vacibliyi də toxunulub.
www.yenicag.az