!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə çevriliş cəhdi Azərbaycanda tədqiq edildi - "15 İyul və Media"

!Reklam – Yazi

Beynəlxalq Media Mərkəzində gənc tədqiqatçı Nurlan Salamovun “15 İyul və Media” kitabının təqdimat mərasimi keçirilir.

Yenicag.az xəbər verir ki, tədbirdə Yunus Əmrə İnstitutunun Azərbaycan Nümayəndəliyinin başçısı Cihan Özdemir, 525-ci qazetin baş redaktoru Rəşad Məcid, Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, “Yeni Çag” Media Qrupunun təsisçisi və baş redaktoru Aqil Ələsgər, “İki Sahil” qazetinin baş redaktoru Vüqar Rəhimzadə, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, BDU-nun Beynəlxalq Jurnalistika kafedrasının müdiri Həmid Vəliyev və digər ziyalılar, eləcə də tələbələr iştirak edib.

Tədbirə açılış sözü ilə başlayan Rəşad Məcid Azərbaycanda gənc və perspektivli gənclərin çox olduğunu, həmin gənclərin Azərbaycanın gələcək həyatında böyük uğurlara imza atacağından əminliyini ifadə edib. Gənc tədqiqatçının müəllifi olduğu kitab barəsində isə Rəşad Məcid “Bu mövzu barəsində araşdırma aparmaq və onu kitaba köçürmək çox məsuliyyətli bir işdir. Gənc tədqiqatçımız bu işin öhdəsindən lazımınca gəldi” deyə bildirib.

Daha sonra çıxış edən kitabın elmi rəhbəri Pərvanə İbrahimova tələbənin uğurunun onun üçün çox gözəl bir hiss olduğunu qeyd edərək, kitabın ərsəyə gəldiyi yolun qısa tarixindən danışıb.

Yunus Əmrə İnstitutunun Azərbaycan Nümayəndəliyinin başçısı Cihan Özdemir “15 İyul yalnız Türkiyəyə qarşı atılmış xain addım deyildi. Bu, bütün türk dünyasına vurulan zərbədir. 15 İyula qədər Türkiyənin güclənməsini istəməyən qüvvələr dəfələrlə ölkəmizin inkişafını əngəlləyəcək addımlar atdılar. Uğurlu olmadıqlarını görüb “darbe” ilə istədiklərini reallaşdırmağa çalışdılar. Lakin xalqımız və dövlətimiz əl-ələ verərək bu oyunların da öhdəsindən gələ bildi” deyə bildirərək, gənc tədqiqatçıya gələcək işlərində müvəffəqiyyət arzulayıb.

Qeyd edək ki, kitabın müəllifi Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin magist tələbəsi, gənc tədqiqatçı Nurlan Salamov, elmi rəhbəri Pərvavə İbrahimova, redaktoru isə Beynəlxalq Jurnalistika kafedrasının rəhbəri, professor Həmid Vəliyevdir.

Kitab 15 iyulda Türkiyədə baş vermiş çevriliş cəhdi və medianın bu hadisələrdə rolundan bəhs edir.

COP29

www.yenicag.az

6528
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv