Türkiyədə PKK terror təşkilatı növbəti dəfə terror aktı törədib.
Mardinin Nusaybin vilayətində PKK-lı terrorçular partlayıcı yüklü avtomobili mülki əhalinin sıx olduğu yerdə partladıblar.
Nəticədə iki polis şəhid olub. 4-ü ağır olmaqla 14 nəfər xəsarət alıb. Hazırda ərazidə terrorçuların həbs edilməsi üçün polis tərəfindən əməliyyat keçirilir.(Azvision)
***
Mardin valiliyindən verilən məlumata görə, səhər saatlarında baş verən bomba yüklü maşınla təşkil edilən hücum nəticəsində 2 polis şəhid olub. 2 nəfər mülki vətəndaş olmaqla polis və polis ailələrindən 35 nəfər yaralanıb. Yaralılardan 4-ünün vəziyyətinin ağır olduğu və hazırda əməliyyatda olduğu bildirilir.
www.yenicag.az