Türkiyədə gündəm olan qanunla bağlı QƏRAR VERİLDİ: Boşanan qadın 300 gün evlənə bilməz?

media-hightechnic-468x90

Türkiyənin Konstitusiya Məhkəməsi boşanan qadınların 300 gün evlənə bilməyəcəyi yönündəki maddə ilə bağlı qərar verib.

Yenicag.az xəbər verir ki, İstanbul 8-ci Ailə Məhkəməsi mövcud qanunvericilikdəki müvafiq qadağanın ləğv edilməsi üçün Konstitusiya məhkəməsinə müraciət edib.

 

Müraciətdə boşanmış qadının evlilikdən sonra 300 gün ərzində yenidən evlənə bilməməsinə dair şərtin keçmiş ər-arvadın yenidən evlənmək istəmələri halında da tətbiq edilməsinin ədalətsiz olduğu irəli sürülmüşdü.

Lakin KM bu tələbi bugünkü iclasında müzakirə edərək onun ləğv edilməsinə dair müraciəti rədd edib.

Qeyd edək ki, Türkiyədə boşanmış kişilər bir gün sonra evlənə bilir, lakin qadınların 300 gün gözləməsi lazımdır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa