Türkiyədə yeni növ koronavirusdan bu gün daha 119 nəfər ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
“Bununla da ölənlərin sayı 2 259 nəfərə çatıb. Son 24 saatda 39 429 şübhəli koronavirus testindən keçib, onlardan 4 611 nəfərin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı 95 591 nəfərdir. Daha 1 488 pasiyent sağaldı, sağalanların ümumi sayı 14 918 nəfərə çatdı”, – deyə nazir bildirib.
www.yenicag.az