Türkiyədə yeni konstitusiya hazırlıqları: İlk iclasın tarixi açıqlandı

media-hightechnic-468x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən yeni konstitusiya ilə bağlı yaradılan 11 nəfərlik yeni komissiyanın ilk iclasının tarixi açıqlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə vitse-prezident Cövdət Yılmaz Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Yılmaz bildirib ki, ilk görüş Qurban bayramından əvvəl keçiriləcək, komissiyanın iş prinsipləri və prosedurları müzakirə olunacaq, əsas fəaliyyətlər isə bayramdan sonra başlayacaq.

Komissiyanın geniş məsləhətləşmə əsasında işləyəcəyini deyən Yılmaz qeyd edib:

“Komissiya siyasi və hüquqi səviyyədə prosesi izləyəcək, müxtəlif sahələr üzrə ekspertlərin töhfəsi nəzərə alınacaq”.

Yılmaz əlavə edib ki, yeni konstitusiya prosesi tək bir partiyanın deyil, bütün siyasi qüvvələrin ortaq məsuliyyəti altında həyata keçirilməlidir. Komissiya cəmiyyətin müxtəlif təbəqələri ilə təmasda olacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600