“Türkiyənin ən böyük arzusu Bakı və İrəvan arasında sülh sazişininin əldə olunmasıdır”

media-hightechnic-468x90

Türkiyənin ən böyük arzusu, Cənubi Qafqaz bölgəsində daimi sülhün bərqərar olması üçün Azərbaycan və Ermənistan arasında tez bir zamanda sülh sazişininin əldə olunmasıdır.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər parlamentdə çıxışı zamanı bildirib.

“Bir millət, iki dövlət” anlayışı ilə ölkəmizin təhlükəsizliyindən, əmin-amanlığından ayrı görmədiyimiz əziz Azərbaycanın sabitliyi naminə hər zaman qardaşlarımızın yanında olduq və bundan sonra da belə olacaq”, – nazir söyləyib.

O, Türkiyə ordusunu “dost və qardaş ölkələrin gözlədiyi və etimad göstərdiyi güc faktoru” adlandırıb.

Suriyadakı son hadisələrə də toxunan nazir terrorçuların qonşu ölkədəki qeyri-sabit vəziyyətdən faydalanmasına imkan verilməyəcəyini vurğulayıb./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05