Türkiyənin ilk xalq tərəfindən seçilən Prezidenti and içdi
***
Türkiyənin yeni seçilmiş prezidenti Recep Tayyip Erdoğan avqustun 28-də and içir. O, ölkədə ilk dəfə keçirilən xalq səsverməsində qələbə qazanıb.
Erdoğan 11 ildir baş nazirdir. Onun inauqurasiya mərasimi Bakı vaxtıyla saat 4-də keçiriləcək. Mərasimdə bir sıra ölkələrin rəhbərləri iştirak edəcək. Ancaq Birləşmiş Ştatlar ancaq səfirliyin təmsilçisini göndərib.
Erdoğan konstitusiya dəyişiklikləri həyata keçirəcəyini deyib. Nəticədə hazırda bir protokol vəzifəsi sayılan prezidentlik daha güclü mövqeyə çevriləcək.
Erdoğan-dan sonra baş nazir postuna xarici işlər naziri Ahmet Davutoğlu keçir.