Türkiyənin məşhur serialı finala gedir
YENİCAG.AZ saytının verdiyi məlumata görə, gözlənilən reytinqi qazanmayan serialın yeni mövsümündə Mürüvvət roluyla Türkiyənin məşhur aktrisası Fahriye Evcen də rol aldı.
Lakin nəticə hecdə ürəkaçan olmadı. Serial yenə də reytinq qazana bilmədi. Hər bölümün xərci 800 min TL olan serial 13 bölüm sonra finala gedəcək.
Yayılan məlumata görə, Star TV mart ayında 2 milyon TL qarşılığında aktyor Kıvanç Tatlıtuğ ilə 2 illik saziş imzalıamışdı, və nəhəng büdcəli ‘Kurt Seyit və Şura’ serialına başlamışdı. Buna baxmayaraq, ilk bölümləri Rusiyada çəkilən serial, reytinq baxımından böyük məyusluq yaşatdı. Bu səbəblə yeni mövsüm bölümləri İstanbulda çəkilən seriala Mürüvvət roluyla Fahriyə Evcən də qatıldı. Evcen, Kurt Seyitin yeni həyat yoldaşı olaraq ssenariyə daxil oldu.