Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Türkiyənin yeni nəsil zərbə helikopteri - Dünyada ilk üçlüyə daxil olacaq

Türkiyə hərbi sənayesi sonuncu nəsil zərbə helikopterlərinin istehsalına hazırlaşır.

Yenicag.ru-nun məlumatına görə, bu barədə Türkiyə Müdafiə Sənayesi Katibliyinin rəhbəri İsmail Demir, “Türk Havacılık ve Uzay Sanayii” AŞ (TUSAŞ) şirkətinin baş direktoru Temel Kotil və TUSAŞ Direktorlar Şurasının sədri Oğuz Borat tərəfindən müvafiq müqavilə imzalanıb.

Məlumata görə, Türkiyənin yeni nəzil zərbə helikopterlərinin istehsalı Silahlı Qüvvələrin tələbatına uyğun olaraq, təşkil ediləcək.

Layihəyə əsasən, yeni helikopterlərin yükdaşıma imkanları geniş olacaq, hava və ətraf mühitin şərtlərinə yönəlik davamlılığı, yüksək manevr qabiliyyəti ilə seçiləcək və ən müasir texnologiya ilə təchiz ediləcək.

Nəzərdə tutulan helikopterin yükdaşıma qabiliyyəti Türkiyə istehsalı olan ATAK-la müqayisədə 2 dəfədən çoxdur. Diqqəti çəkən məqam həm də bundan ibarətdir ki, yeni helikopter öz seqmentində dünyanın ilk üçlüyünə daxil olacaq.

İki ədəd “Turboşaft” mühərriki quraşdırılmış helikopter 1 200 kiloqram faydalı yük götürə biləcək, tank əleyhinə və “hava-hava” raketləri ilə təchiz olunacaq.

www.yenicag.az

2646
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM