Səhhətində yaranan ciddi problemlərə görə Türkiyədə əməliyyat olunan xalq artisti Yalçın Rzazadənin vəziyyəti kritikdir.
Bunu Yenicag.az-a açıqlamasında xalq artistinin oğlu Orxan Rzazadə deyib:
“Atamın durumu stabil kritikdir. Həkimlər əlindən gələni edir. Müalicə prosesi uzun müddət davam edəcək. Ürəyində də problemlər var, eyni zamanda qanına keçən zəhərlənmənin fəsadları aradan qaldırılır”.
Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən müğənni fondun dəstəyi ilə müalicə olunur.
Cəvahir
www.yenicag.az