Türkiyəyə gəlin köçən azərbaycanlı aktrisa Cəmilə Tağızadə həyat yoldaşının keçmiş arvadı tərəfindən məhkəməyə verilib.
Yeniçag.az bildirir ki, aktrisa “facebook” hesabında bu barədə status yazıb. Onun sözlərinə görə, sosial şəbəkələrdə həyat yoldaşı ilə paylaşdığı fotolara görə, keçmiş arvadın qəzəbinə tuş gəlib:
“Sizi heç sosial şəbəkələrdə foto paylaşdığınıza görə məhkəməyə veriblər? Amma məni veriblər. Özü də həyat yoldaşımın keçmiş arvadı… Baxmayaraq ki, qadın mənim bütün səhifələrimdə “blok”dadır. Mən onunla bağlı heç bir paylaşım etməmişəm. Onun mənə yazdıqlarına rəğmən, bir dəfə də olsun cavab verməmişəm. Amma məndən şikayəti var. Sən demə, mən qadını ailə fotolarımı, xüsusilə də həyat yoldaşımla olan şəkillərimi paylaşdığıma görə narahat etmişəm. Bizim günümüzə bax… Allah mənə səbr versin”.
Cəvahir
www.yenicag.az