ABŞ prezidenti Donald Trampın ikinci həyat yoldaşı, telestar Marla Maplesin Türkiyəyə rəğbət bəslədiyi məlum olub.
Yenicag.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nyu-yorkda keçirilən Amerika Türk Cəmiyyətinin qala gecəsinə qatılan Maples “Amerikanın Səsi”nə danışaraq çox sayda türk dostunun olduğunu bildirib:
“Çox sayda türk dostlarım var. İndiyə kimi Türkiyəyə getməməyimə görə çox təəssüflənirəm. Model olaraq karyerama başladığım ilk vaxtlarda Türkiyə üçün neylon corab reklamına çəkilmişdim.
Hazırki tədbirə məni Con Paolonun böyük bacısı dəvət edib. Onlar dünyada gördüyüm ən gözəl ipəkləri hazırlayırlar. Bu gecə onların hazırladığı libaslardan birini nümayiş etdirirəm.
Ən qısa müddətdə onların ailəsi ilə birlikdə Türkiyəni ziyarət etməyi düşünürəm. Türkiyə nağıllara bənzər bir ölkədir. Türklər çox gözəl insanlardır”.
www.yenicag.az