!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TÜRKSOY Azərbaycanla əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirir

!Reklam – Yazi

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə tərbrik məktubu ünvanlayıb.

Yenicag.az xəbər verir ki, mətndə deyilir:

“Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə TÜRKSOY-un Baş Katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Zati-alinizi və qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.

Müdrik və ardıcıl siyasətiniz nəticəsində bu gün müstəqil Azərbaycan Respublikası siyasi, iqtisadi və mədəni sahələrdə böyük nailiyyətlər qazanaraq regionda sülhün və əmin-amanlığın bərqərar olmasını təmin edib.

Zati-alinizin təşəbbüsü ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın əsrarəngiz Cıdır düzündə yenidən təşkil olunan “Xarıbülbül” musiqi festivalı Azərbaycan xalqının mədəni və mənəvi zənginliyini bütün dünyaya növbəti dəfə nümayiş etdirdi. Festival, həmçinin Azərbaycanda dini və etnik tolerantlığın yüksək səviyyədə qorunmasının və çoxkonfessiyalı, çoxmillətli bir respublikada həmrəyliyin, rifahın və sabitliyin təsdiqinə çevrildi.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı Zati-alinizin TÜRKSOY-a dəstəyini, Azərbaycan Respublikası ilə əməkdaşlıq münasibətlərini, ümumtürk mədəniyyətinin təbliğində rolunu yüksək qiymətləndirir. Əmin ola bilərsiniz ki, TÜRKSOY üzv ölkələr arasında qarşılıqlı əməkdaşlığı gücləndirmək, ortaq dəyərlərimizi dünyada təbliğ etmək üçün səylərini layiqincə davam etdirəcək.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzu edirəm”.

www.yenicag.az

440
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv