Tvitterin bağlanmasına İbrahim Tatlısəsin münasibəti
Türkiyəli məşhur müğənni İbrahim Tatlısəs Ərdoğan hakimiyyətinin “Tvitter”dən istifadənin məhdudlaşdırılması təşəbbüsünə dəstək verib.
Sevilən ifaçı ötən günlərdə Türkiyədə “Tvitter”in qadağan olunmasına dair fikirlərini bildirib. O bu məsələyə yaxşı baxdığını, bağlanma məsələsinə hətta sevindiyini bildirib. İbrahim Tatlısəs bu barədə fikirlərini elə “Tvitter” hesabında bildirib.
“”Tvitter”in bağlanması məni məyus etmədi. Həm təhqir et, həm də bu hesab mənim deyil de. Söz azadlığını başa düşdük, amma məni vurmaq istəyəcəklər, mən də heç nə etməyəcəyəm? Bu necə bir azadlıq? Məhkəməyə gedirsən və deyirsən ki, mən yazmamışam. İnsan yazdığını inkar etməz”.
Onu da qeyd edək ki, Tatlısəs sosial şəbəkə fəalıdır və bir sıra mesajlarını izləyənlərini buradan çatdırır(anspress).