Twitter-in vitse prezidenti erməniimiş

media-hightechnic-468x90

ghhjghghbTwitter-dən əvvəl Raffi Krikoryan WattzOn platformasının həmtəsisçisi, konsaltinq şirkətinin rəhbəri olub

Twitter-in vitse prezidenti, mənşəcə erməni olan Raffi Krikoryan aprel ayının ikinci yarısında İrəvana gələcək.

Bu haqda erməni mətbuatı xəbər verib.

Bir həftəlik Ermənistana səfəri zamanı Krikoryanın proqramlaşdırma üzrə iki seminar keçirməsi və informasiya texnologiyaları nümayəndələrilə görüşləri nəzərdə tutulub. Krikoryanın hökümət üzvləri ilə də göruşu olacaq.

Qeyd edək ki, Twitter-in vitse prezidenti olan Raffi Krikoryan burada infrastuktur sisteminə başçılıq edir.

Krikoryan və onun komandası Twitter-də baza sisteminə, server qruplarına və proqramların qeydiyatına nəzarətlə məşğuldur.

Twitter-dən əvvəl Krikoryan WattzOn platformasının həmtəsisçisi, konsaltinq şirkətinin rəhbəri olub, həmçinin Nyu-York Universitetində muəllim işləyib(anspress).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600