“Twitter” yeni növ koronavirusun yayılma riskini azaltmaq üçün əməkdaşlarını evdən işləməyə təşviq edir.
Yenicag.az xəbər verir ki, bu barədə şirkət məlumat verib.
Honkonq, Yaponiya və Cənubi Koreyadakı işçilər evdən işləyəcək. Digər ölkələrdə çalışanların ofisə gəlməsinə icazə verilir, lakin şirkət bütün fəaliyyətin uzaqdan icra edilməsi tərəfdarındadır.
“Bütün müəssisələrdə dərin təmizlik və dezinfeksiya işləri aparılır. Məqsədimiz kiminsə yoluxması və ya virusu yayması riskini azaltmaqdır. Özümüzü və başqalarını qorumaq, xəstəliyin yayılmasını minimuma endirmək üçün bu addımları atmağımız çox vacibdir”, – deyə “Twitter” şirkətindən bildirilib.