!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Üç Milli Qəhrəmanı olan Həsənabaddan Tənzilə Rüstəmxanlıya böyük DƏSTƏK

!Reklam – Yazi

Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində 70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd VHP sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının seçicilərlə növbəti görüşü Neftçalanın və demək olar ki, respublikamızın qəhrəman qəsəbələrindən sayılan Həsənabad qəsəbəsində baş tutub. Həsənabad qəsəbəsi Qəhrəmanlar qəsəbəsi kimi tanınır və Azərbaycanda yeganə qəsəbədir ki, üç Milli Qəhrəmanı var.

Bu barədə Yenicag.az-a Tənzilə Rüstəmxanlının seçki qərargahından məlumat verilib.

Görüş çox böyük izdihamla və təntənəli şəraitdə keçirilib.

Görüşdə Tənzilə Rüstəmxanlının vəkili Vətən Muharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun anası Filarə İsmayılova, Aprel döyüşlərində şəhid olmuş Milli Qəhrəman Samid İmanovun anası Xuraman İmanova, 44 günlük antiterror əməliyyatlarında şəhid olmuş Nəcəfov Elvinin atası Saleh Nəcəfov, Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı, kəndin ziyalısı Tahir Əsədov, Həsənabad qəsəbə ruhanisi Yusif bəy, 84 yaşlı kənd ağbirçəyi seyid Arifə Bəşirova, tədbirin aparıcısı – Neftçala Qayğı Mərkəzinin rəhbəri Jalə Sərdarzadə və qəsəbə camaatı, şəhid ailələri və qazilər iştirak edib.

Tənzilə Rüstəmxanlı hər dəfə olduğu kimi bu dəfə də böyük coşqu və alqışlarla qarşılanıb. Əvvəlcə dövlət himni səsləndirilib, daha sonra çıxışlara başlanılıb.

Tədbiri giriş sözü ilə açan aparıcı namizəd Tənzilə Rüstəmxanlının platforması haqqında geniş məlumat verib, “Neftçala üçün birlikdə!” şüarının əhəmiyyətindən danışıb və seçiciləri xalqın sevilən namizədinə – Tənzilə Rüstəmxanlıya səs verməyə çağırıb.

Görüşdə namizədin vəkilləri çıxış edərək Tənzilə xanımın illərdir QHT sədri olaraq həmişə xalqın problemlərinin həllinə çalışdığını, beynəlxalq layihələrin iştirakçısı və təşkilatçısı olmasını vurğulayıb, qarşıdakı planları və Neftçala üçün görəcəyi işlər haqqında ətraflı söz açıblar. Bu səbəbdən Tənzilə Rüstəmxanlıya etimad göstərərək hər bir neftçalalını yekdilliklə səs verməyə çağırış ediblər.
Digər çıxış edənlər də Tənzilə Rüstəmxanlının bölgələrə bölmədən həmişə xalqın yanında olduğunu, insanların əlindən tutmağa, problemlərini aradn qaldırmağa çalışdığını, millət vəkili seçiləcəyi halda Neftçalanın gələcəyi, daha da abadlaşdırılması yolunda uğurlu seçim olacağını vurğulayaraq bütün qəsəbə sakinlərini xanım namizədə səs verməyə çağırıblar.

Daha sonra söz namizəd Tənzilə Rüstəmxanlıya verilib. Ö, öz platforması haqqında məlumat verib. Xanım namizəd seçiləcəyi halda ona etimad göstərən Neftçala əhlinə diqqət və qayğını artıracağına, problemlərinin operativ həlli yollarında bütün səy və bacarığını ortaya qoyacağını bildirib.

Sonra qəsəbə sakinlərinin problemləri və təklifləri dinlənilib, məsələlərin həlli istiqamətində müvafiq qeydlər aparılıb.

Qeyd edək ki, Milli Məclisə keçiriləcək seçkilərin təşviqat kampaniyası çərçivəsində namizəd Tənzilə Rüstəmxanlının avqust ayı ərzində Neftçala sakinləri ilə bir sıra görüşlər keçirəcək.

COP29

www.yenicag.az

213
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv