!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Üç xalq artistinin səhhəti pisləşdi - TEATRDA QALMAQAL

!Reklam – Yazi

Akademik Opera və Balet Teatrının ardınca Gənc Tamaşaçılar Teatrında da qalmaqal yaşanıb. Üç xalq artisti – rejissor Cənnət Səlimova, aktyorlar Yasin Qarayev və Ağaxan Salmanlıya teatr rəhbərliyi tərəfindən xəbərdarlıq olunub.

Yeniçağ.az-a açıqlama verən Yasin Qarayev dünən teatrda yaşanan xoşagəlməz hadisə ilə qarşılaşdıqlarını deyib:

“Teatrın rəhbəri Mübariz Həmidov bizi ayrı-ayrı vaxtlarda otağına çağıraraq, kağıza qol çəkdirdi. Orada yazılmışdı ki, siz bu sənədlə tanış olun. Bəlli oldu ki, bizim üçümüzü də yanvar ayından yarımştata keçirtdiblər. Səbəb də guya bohrandı, ona görə… Ayda 280 manat pul alıram, onun da yarısını kəssələr, mən necə dolanacam. Belədirsə, birdəfəlik ayağımı teatra qoymayacam”.

Xalq artisti psixoloji zərbə aldığını da deyib:

“Ayın 8-i Ağaxan Salmanlı ilə mənim yubiley tamaşam olacaq. Ay insafsızlar, bunu heç olmasa ayın 9-u deyəydiz də… Mən bu halda tamaşa oynaya bilərəm? Səhhətim pisləşib, bu saat yataqdayam, dərman içmişəm. O yubileyi də bizə teatr etmirdi, öz hesabımıza edəcəkdik. Bu da illərlə bu xalqa xidmətimizin əvəzidir ki, bizim kimi qocaman sənətkarlara belə münasibət göstərirlər”.

Xalq artisti Ağaxan Salmanlı da baş verənlərdən sarsıntı keçirib. O da həmkarı kimi teatrdan getməyi düşünür.

Qeyd edək ki, hələ xalq artistləri öz razılıqlarını bildirməyiblər.

 

Cəvahir Səlimqızı

Yenicag.az

www.yenicag.az

655
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv