!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uçot dərəcəsinin artması kreditləri bahalaşdıracaq?

!Reklam – Yazi

 

dollarkreditcredit-e1450852449758-300x188Akif Nəsirli: “Çünki Mərkəz Bank verilən kreditlərin ancaq 10 faizinə təsir etmək gücündədir”

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə 4 mart 2016-cı il tarixindən uçot dərəcəsi 7%, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddi isə 17% səviyyəsində müəyyən edilib. Likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddi isə 2% səviyyəsində saxlanıldı.

Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli Yenicag.az-a açıqlamasında MB-nin bu qərarını şərh edib: “Azərbaycanda uçot dərəcəsinin artırılmasının ümumiyyətlə kreditlərin bahalaşmasına gətirib çıxaracağı ehtimalını gözləmirəm. Ona görə ki, Mərkəzi Bank kommersiya banklarının əsas donoru qismində çıxış etmir. Bu gün MB kredit təşkilatlarını vəsaitlə təmin edə bilmirsə, onun uçot dərəcəsinin yüksəldilməsinin kredit sferası o qədər də ciddi təsiri yoxdur. Hazırda ölkədə verilən kreditlərin cəmi 10 faizinin donoru MB-dir. Deməli Mərkəzi  Bank verilən kreditlərin ancaq 10 faizinə təsir etmək gücündədir. Bu səbəbdən düşünürəm ki, uçot dərəcəsinin artmasının kreditlərin bahalaşmasında heç bir təsiri olmayacaq. Onun nəyə təsir edəcəyi də hələlik qaranlıqdır. Vəsait verə bilmədikdə, faiz dərəcələrini 10 faiz və yaxud 25 faiz olmasının heç bir fərqi yoxdur. İndiki şəraitdə Azərbaycanda uçot dərəcəsi ümumiyyətlə aktiv olmayan bir vasitədir”.

ELÇİN

COP29

www.yenicag.az

617
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv