!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Üçüncü Dünya müharibəsi ehtimalı YAXINLAŞIR: “Rusiya yalnız Ukraynaya yox, NATO ölkələrinə də zərbələr endirəcək”

!Reklam – Yazi

“Hazırda dünyada baş verən proseslər həqiqətən də Üçüncü Dünya müharibəsinə istiqamətlənmiş kimi görünür. Çünki Donald Tramp səlahiyyətlərinin icrasına başlayan kimi müharibəni dayandıracağına söz vermişdi və üstəlik də hələ heç səlahiyyətlərinin icrasına başlamamış seçkidəki qələbədən dərhal sonra Ukrayna savaşının dayandırılmasına yönəlmiş prosesi başlatmışdı”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

Siyasi təhlilçi ABŞ-nin Ukraynaya Qərb silahları ilə Rusiyanın dərinliklərini hədəf alması ilə bağlı icazənin verilməsi haqqında yayılan informasiyaları şərh edib.

Analitikin fikrincə, artıq Vaşinqtonda Kremllə səhnəarxası danışıqların başladığı haqqında da məlumatlar mövcuddur:

“Amma, təbii ki, Ukrayna savaşının dayandırılması dünyada bir çox qüvvələrə sərf etmir. Məsələn, Bayden administrasiyasını hakimiyyətə gətirən ABŞ “dərin dövlət”inin bir qanadı müharibənin dayanmasını istəmir. Bildiyiniz kimi, ABŞ-ni prezidentlər yox, onun “dərin dövlət”i idarə edir və həmin “dərin dövlət” də artəq parçalanıb. Onlar 2021-ci ildə Baydeni hakimiyyətə gətirdilər və öz adını belə bilməyən, həyat yoldaşını tanımayan bir adamın vasitəsilə özlərinə lazım olan hər şeyi etdilər”.

“İndi də əks tərəf Trampı hakimiyyətə gətirib, müharibəni dayandırmaq istəyir və burada da hər iki tərəfin arasında qarşıdurma gedir. Hazırda Baydenin və eyni zamanda, NATO-nun sözügedən məsələdə artıq razılıq verməsi haqqında məlumatlar da mövcuddur. Əgər bu razılıqdan rəsmi Kiyev istifadə edərsə, bu o deməkdir ki, Bayden administrasiyası gedən ərəfədə Trampın sülh planını darmadağın edib elə getmək niyyətindədir. Yəni demokratlar dünyada elə bir situasiya yaratmağa çalışırlar ki, Rusiya ilə sülh sazişinin bağlanması və ümumiyyətlə, sülh müzakirələrinin keçirilməsi mümkün olmasın”, – deyə o, əlavə edib.

E. Xalidbəyli onu da vurğulayıb ki, demokratlar vəziyyəti daha da qəlizləşdirib, sülh prosesini mümkün olmayacağı bir səviyyəyə çatdırıb, elə hakimiyyətdən getmək niyyətinə düşüb:

“Yoxsa adamın bir ayı qalıb və bir ayı qalmış prezident Bayden nəyə görə belə bir qorxunc qərar qəbul etsin?! Əgər Zelenski hakimiyyətinin bir balaca ağlı varsa, – hansı ki ağıllı hakimiyyət olmadığı məlumdur, çünki Bayden və onun tərəfdarlarının məsləhətləri ilə Rusiya ilə qarşıdurmaya getdi və Ukraynanın dağılmasına səbəb oldu – Baydenin verdiyi icazədən istifadə etməz. Çünki, əgər Kiyev bu icazədən istifadə edərsə, Rusiya yalnız Ukraynaya yox, NATO ölkələrinə də zərbələr endirəcək və bu da Üçüncü Dünya müharibəsinin başlaması deməkdir. Üçüncü Dünya müharibəsi isə başlayarsa, bu mütləq hansısa mərhələdə nüvə savaşına səbəb olacaq”.

Rafi Müslümov

COP29

www.yenicag.az

128
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv