UEFA-dan Fransa klubuna ağır cəza

media-hightechnic-468x90

UEFA Fransanın “Marsel” klubunu cəzalandırıb.

Yenicag.az xəbər verir ki, buna Avropa Liqasının ötən mövsüm keçirilən oyunları zamanı azarkeşlərin yol verdiyi hərəkətlər səbəb olub.

Fransızlar şərti olaraq bir mövsümlük avrokuboklardan kənarlaşdırılıb. Komandaya 2 illik sınaq müddəti tətbiq ediləcək. Bu müddətdəki qayda pozuntusu bir mövsümlük cəzaya səbəb olacaq.

Qeyd edək ki, “Marsel” “Velodrom”dakı növbəti avrokubok matçına azarkeşlərsiz çıxacaq. 100 min avro cərimə ödəməli olan Fransa təmsilçisi Avropa Liqasının finalında Lion stadionuna vurulan ziyanı da qarşılaşamalıdı.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600