Bu gün UEFA Superkubokunun qalibi bəlli olacaq.
Yenicag.az xəbər verir ki, həlledici qarşılaşmada Çempionlar Liqasının qalibi “Real”la Avropa Liqasının ən güclüsü “Mançester Yunayted” üz-üzə gələcək.
Dünya nəhəngləri Makedoniyanın paytaxtı Skopyedə münasibətlərini aydınlaşdıracaqlar.
Qeyd edək ki, Skopyedəki II Filip stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
UEFA Superkuboku
8 avqust
22:45. “Real” (Madrid, İspaniya) – “Mançester Yunayted” (İngiltərə)
Baş hakim: Canluka Rokki
Skopye (Makedoniya). II Filip stadionu
www.yenicag.az