Uğursuz başa çatan İslamabad danışıqları: "Tramp triosu"nu Obama komandasından nə fərqləndirir?

media-hightechnic-468x90

“ABŞ Prezidentinin sülh missiyaları üzrə xüsusi elçisi olan Cared Kuşner və Stiv Uitkoff Trampın düşüncə tərzini təmsil edirlər: parıltılı və teatrallaşdırılmış, Trampın daşınmaz əmlak developer ruhunun əksi olan qeyri-adi bir diplomatiya versiyası. Lakin bu ruh uğursuzluğa düçar oldu və İran bunun sübutudur”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu fikirlər “The New York Times” jurnalının nəticsiz başa çatan ABŞ-İran danışıqları ilə bağlı yayımladığı məqlaədə yer alıb.

Qeyd olunub ki, əslində, fevral ayında Kuşner və Uitkoffun İranla ciddi danışıqlara başlamaq şansı var idi ki, bu da yeni bir nüvə sazişini təmin edə və Amerika-İsrail müharibəsinin qarşısını ala bilərdi:

“İndi prezident “bütöv bir sivilizasiyanı” məhv etməklə hədələdikdən sonra iki həftəlik atəşkəs qüvvədədir. Lakin hərbi əməliyyatların dayandırılması Uitkoff və Kuşnerin rəhbərlik etdiyi təşəbbüslə deyil, Pakistan və Çinin rəhbərlik etdiyi fövqəladə diplomatiya sayəsində baş tutdu. Cütlük bu həftəsonu danışıqlar masasına qayıtdı, lakin bu dəfə rütbələri endirilmiş şəkildə – diplomatik səylərə Vitse-prezident Cey Di Vens rəhbərlik edir. Lakin danışıqların qlobal mənzərəsi – Hürmüz boğazının hələ də xaos içində olması, Amerika ordusunun hələ də bölgədə qalması – onların “biznes kimi sülh” strategiyasının nə qədər dayaz və məsuliyyətsiz olduğunu göstərir”.

Nəşr vurğulayıb ki, Kuşner və Uitkoff bu işin sülh quruculuğu ilə bağlı intensiv fəaliyyət üçün yetərli deyillər və İran məsələsi onların bacarıqlarının və ya bacarıqsızlıqlarının reallığını göstərdi:

“Onların həmçinin detalları işləyib hazırlamaq üçün kifayət qədər güclü komandası və transformativ bir sazişi həyata keçirmək üçün strateji baxışı yox idi”.

Nəşrin yazdığına görə, Uitkoff və Kuşner həm say, həm də ekspertiza baxımından 2015-ci il nüvə sazişini hazırlayan Obama komandasından çox geridə qalırlar.  Bildirilib ki, Obamanın danışıqlar komandası, ilk növbədə, Omandakı gizli kanallar və vasitəçilər vasitəsilə, zənginləşdirmənin mürəkkəb detallarını nəzərdən keçirən yüksək texniki işçi qrupları ilə birgə çalışan təcrübəli diplomatlar tərəfindən idarə olunurdu. Bu fəaliyyət ölkələr sazişə çatana qədər bir neçə əlavəni ehtiva edən 159 səhifəlik sənədlə nəticələnmişdi.

“Tramp administrasiyası Milli Təhlükəsizlik Şurasını və Xarici Xidməti sistematik şəkildə dağıdıb”, – nəşr vurğulayıb.

Jurnal qeyd eidb ki, İslamabadda bu həftəsonu keçirilən danışıqlar “status-kvo” ilə başa çatıb:

“İranlılarla 21 saatlıq danışıqlardan sonra cənab Vens bildirdi ki, Tehran Ağ Evin “son və ən yaxşı” təklifini qəbul etməməyi seçib. Cənab Vens bu bəyanatı verərkən, cənab Kuşner və cənab Uitkoff onun arxasında narahat bir vəziyyətdə dayanmışdılar ki, bu da onların bu danışıqlardakı əvvəlki rollarından görünən bir eniş idi. Yenə də deyilir ki, iki tərəf üz-üzə gəlib; bu, 1979-cu ildən bəri Amerika və İran arasındakı ən yüksək səviyyəli görüşdür. Lakin bu qədər tez uğur gözləmək qeyri-realdır. İran boğaza nəzarəti ilə indiyə qədərki ən güclü danışıqlar mövqeyində ola bilər. Onlar daha az militarist xarici siyasətlə əlaqələndirilən cənab Vensi masaya gətirməklə kiçik bir qələbə qazandılar”.

“Bu nöqtədə, insan az qala Ağ Evin xarici siyasəti bir biznes kimi, yəni real bir biznes kimi idarə etməsini arzulayır. Bunun əvəzinə, gördüyümüz odur ki, Tramp komandası bunu bir Tramp filialı kimi idarə edir və əgər bu ehtiyatsız müharibə iflasa uğrasa, o zaman hamımız mənəvi və digər cəhətdən müflisləşməyə məhkumuq”, – məqlaəyə yekun vurulub.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05