!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Uğursuzluqlardan sonra ən yaxşı qərar "Neftçi"dən ayrılmaq idi" - Qriqorçuk

!Reklam – Yazi

“Azərbaycana bir məqsədlə getmişdim. Premyer Liqanın qalibi olub Çempionlar Liqasında oynayacağımızı ümid edirdim”.

Yenicag.az xəbər verir ki, bu sözləri bir müddət öncə “Neftçi”də baş məşqçi vəzifəsindən istefa verən Roman Qriqorçuk Ukrayna mətbuatına açıqlamasında deyib.

59 yaşlı mütəxəssis bildirib ki, uğursuz nəticələrdən sonra ən yaxşı addım klubla yolları ayırmaq idi: “Doqquz turdan sonra bir qələbəmiz belə, yox idi. Belə olan halda qarşılıqlı razılıq əsasında əməkdaşlığa son qoyduq. Həmin vaxt bundan daha yaxşı qərar qəbul oluna bilməzdi”.

Hazırda ölkəsi Ukraynada olduğunu söyləyən baş məşqçi “Neftçi”yə uğurlar arzulayıb.

Qeyd edək ki, Roman Qriqorçuk Azərbaycan təmsilçisi ilə bu mövsümün əvvəlində 2 illik müqavilə imzalamışdı.

COP29

www.yenicag.az

109
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv