!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna bu ölkə ilə 8 sənəd imzaladı

!Reklam – Yazi

Polşa və Ukrayna arasında hökumətlərarası danışıqlardan sonra sərhədyanı əməkdaşlıqdan tutmuş Ukraynanın yenidən qurulmasına qədər səkkiz memorandum imzalanıb.

Polşanın Baş naziri Mateuş Moravietski imzalanmış sənədlərin yeni Polşa-Ukrayna müqaviləsinə gətirib çıxara biləcəyini deyib.

Ukraynanın Baş naziri Denis Şmıqal isə hökumətlərarası danışıqların yekunlarını yüksək qiymətləndirib, tərəflərin Ukrayna və Polşa arasında sərhədyanı əməkdaşlığın gücləndirilməsinə dair razılığa gəldiyini ifadə edib. Onun sözlərinə görə, memorandumlar enerji, müdafiə, transsərhəd və gömrük məsələləri, ekologiya, regional siyasət, Ukraynanın yenidən qurulması və digər sahələrdə əməkdaşlığı əhatə edir.

Polşa hökumətinin rəhbəri ümumilikdə 80 milyon insandan ibarət polyak və Ukrayna xalqlarının çox böyük potensiala malik olduğunu vurğulayıb. Qeyd edilib ki, bu potensial bir çox siyasi dairələrin diqqətini cəlb edib və iki ölkə arasında əməkdaşlıq indiki çox çətin vaxtlarda sürətlə inkişafdadır.

Polşa hökumətinin mətbuat katibi Piotr Müller sosial şəbəkələrdəki hesabında yazıb ki, iki nümayəndə heyəti Ukraynanın müdafiə gücünün artırılması, Polşa şirkətlərinin Ukraynanın bərpasına cəlb edilməsi də daxil olmaqla iqtisadi əməkdaşlıq, nəqliyyat, enerji və ərzaq təhlükəsizliyi mövzularında müzakirələr aparıblar.

www.yenicag.az

503
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv