Ukrayna Rusiyaya dron zərbəsi endirdi: 13 AEROPORTUN FƏALİYYƏTİ DAYANDIRILDI
Ukrayna ordusu “Cənubi Rusiya Aeronaviqasiyası” filialının inzibati binasına dron zərbəsi endirib.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.
Hücum nəticəsində Rusiyanın cənubunda 13 hava limanının fəaliyyəti dayandırılıb.
“Həştərxan, Vladikavkaz, Volqoqrad, Gelencik, Qroznı, Krasnodar, Mahaçqala, Maqas, Mineralnıye Vodı, Nalçik, Soçi, Stavropol və Elista aeroportlarının fəaliyyəti müvəqqəti dayandırılıb”, – məlumatda deyilir.
Bildirilib ki, hazırda mütəxəssislər avadanlıqların işlək vəziyyətini qiymətləndirir və uçuş cədvəllərində düzəlişlər aparırlar.












