Ukrayna və Rusiya hərbi əsirləri qarşılıqlı azad edəcək

media-hightechnic-468x90

“Normand dördlüyü” ölkələri liderlərinin xarici siyasət üzrə müşavirləri bir ay ərzində Ukrayna və Rusiya arasında hərbi əsirlərin mübadiləsini həyata keçirməklə bağlı razılığa gəliblər. 

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna prezident administrasiyasının rəhbərinin müavini Vadim Pristayko bildirib.

Onun sözlərinə görə, döyüşlərin dayandırılması, Luqansk və daha iki öncədən razılaşdırılmış ərazinin minadan təmizlənməsi ilə də bağlı razılığa gəlinib.

Qeyd edək ki, “Normand dördlüyü” ölkələrinin dövlət başçılarının müşavirlərinin görüşü iyulun 12-də Fransanın paytaxtı Parisdə keçirilib./APA/

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600