Ukraynada dövlətə xəyanətdə şübhəli bilinənlər saxlanılıb

media-hightechnic-468x90

jhjghjgbUkrayna Təhlükəsizlik Xidməti Luqansk vilayətində diversiya hazırlamaqda və dövlətə xəyanətdə şübhəli bilinən 15 nəfər tərksilah edilərək saxlanılıb.

media-banner_tuq

Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) bəyanatında bildirilir.

“UTX tərəfindən həyata keçirilən irimiqyaslı xüsusi əməliyyat nəticəsində diversiya qrupunun 15 üzvü saxlanılıb. Əməliyyat nəticəsində 300 avtomat, tank əleyhinə qumbaraatan, 5 tapança, çoxlu sayda əl qumbarası, yandırıcı maye ilə dolu şüşə qablar, xeyli sayda tüfəng və soyuq silah aşkarlanaraq götürülüb”, deyə bəyanatda bildirilir.

Ukrayna CM-nin 113 (diversiya) və 111-ci maddələri üzrə cinayət işi başlanıb. Luqanskda və vilayətin daha 7 rayonunda əməliyyat-axtarış tədbirləri davam etdirilir(apa).

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05