Ukraynanın Xarkov şəhərində 6 nəfərin ölümü, 5 nəfərin isə xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, minik avtomobili piyada keçidindən keçən insanların üzərinə gedib. Sürücünün bunu qəsdən edib-etmədiyi bilinmir.
Hadisənin hansı səbəbdən baş verməsi yerli hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Polisdən verilən məlumata görə, maşının sürücüsü saxlanılıb.
www.yenicag.az