Ukraynada sərhədçilər Azərbaycan vətəndaşlarını saxlayıblar

media-hightechnic-468x90

kjhkhkhkihUkraynada sərhədçilər dörd Azərbaycan vətəndaşını saxlayıblar.

Ukrayna Dövlət Sərhəd Xidmətindən  verilən məlumata görə, Moskvadan Dnepropetrvosk və Xarkov şəhərlərinə gedən Azərbaycan vətəndaşının sənədlərinə vurulan möhürün saxta olduğu aşkarlanıb.

Həmin hal “Xutor Mixaylovskiy” sərhəd-keçid məntəqəsində, Ukrayna vasitəsi ilə Moldovaya üz tutan digər Azərbaycan vətəndaşının pasportunda da müşahidə olunub.

Eyni hadisə Kiyevin “Borispol” beynəlxalq hava limanında da baş verib.

Burada isə Tiflisdən gələn iki Azərbaycan vətəndaşının pasportuna vurulan möhürün saxta olduğu qeydə alınıb(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600