Ukraynalı deputat Polad Bülbüloğlunun mahnısını oxudu-Video

media-hightechnic-468x90

96180_res_01Ukrayna Ali Radasının deputatı Zlata Oqneviç “Gəl ey səhər” adlı Azərbaycan mahnısını ifa edib.

media-banner_tkm

Bu barədə məlumat Azərbaycanın Ukraynadakı səfirliyinin saytında yerləşdirilib.

Məlumatda bildirilir ki, mahnının sözləri şair Fikrət Qocaya, musiqisi Polad Bülbüloğluna məxsusdur.

Yeri gəlmişkən, Z. Oqneviç Ukraynanı 2013-cü ildə “Eurovision” müsabiqəsində təmsil edib. Ötən il keçirilən növbədənkənar parlament seçkilərində Radikal Partiyasından deputat seçilib.

Nə üçün məhz bu mahnıya müraciət etməsinə gəlincə, müğənni-deputat deyib ki, onu ifa etməklə Azərbaycanın mədəni irsinə sevgisini, Azərbaycan xalqının ənənələrinə hörmətini və əfsanəvi bəstəkar-müğənni Polad Bülbüloğluna rəğbətini bildirmək istəyib.

Onu da qeyd edək ki, Zlata Oqneviçin bu mahnını ifa etməsi ideyası azərbaycanlı prodüser, layihənin art-direktoru Ömər Əbdülkərimova məxsusdur.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05