Ukraynanı verib, İranı ALMAQ – Tramp niyə Putinə ZƏNG ETDİ?

media-hightechnic-468x90

“İsrail-İran müharibəsi uzun zamandan bura planlaşdırılan məsələ olduğu üçün indiki məqamda onun ciddi nəticə ilə yekunlaşmadan dayandırılması həm mümkün deyil, həm də İsrail bunu istəmir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Siyasi təhlilçi ABŞ prezidenti Donald Trampın İran və İsrail arasında davam edəm hava müharibəsi fonunda sözügedən məsələni rusiyalı həmkarı Vladimir Putinlə müzakirə etməsinin siyasi səbəblərini izah edib.

Onun sözlərinə görə, Trampla Putinin danışığı isə sadəcə prosesdə söz sahibi ola biləcəklərini dünyaya göstərməkdən başqa bir şey deyil:

“Xüsusən də Putin üçün. İran rejimi ilə əlaqələrinin yaxşı olduğu üçün Putinə Trampın müraciəti təbiidir. Amma Trampın özünün dediyi kimi Putinin özü öz müharibəsini dayandırsa, daha yaxşı olar. İndi Putinin bu müharibəyə qarışması vəziyyəti gərginləşdirməkdən başqa bir işə yaramaz. Trampın Putinə üz tutmasının qaranlıq məqamları da ola bilər. Məsələn, “Ukraynanı verib, İranı almaq” kimi. Amma hesab edirəm ki, Tramp hələ də Putini gündəmdə saxlamaqla onun imicini qorumaq istəyir”.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600