Ukraynanın yeni müdafiə naziri Stepan Poltorak ola bilər
Yenicag.az saytının İNSİDER agentliyinə istinadən verdiyi məlumata görə, Ukrayna prezidenti Pyotr Poroşenko yeni müdafiə naziri qismində Milli qvardiyanın komandanı Stepan Poltorakı görmək istəyir. Bildirilir ki, prezident məhz onun namizədliyini Ali Radanın səsverməsinə buraxmaq niyyətindədir.
Bu barədə məlumatı İNSİDER agentliyi Ukrayna Prezident Adminstrasiyasındakı mötəbər mənbəyə istinadən verib. Bildirilir ki, Poroşenko Poltorakın namizədliyini bu gün parlamentə təqdim etmək istəyir ki, Radanın sabah baş tutacaq iclasında parlamentarilər onu təsdiqləsinlər.
Qeyd edək ki, iki gün öncə Poroşenko öz xahişinə əsasən müdafiə naziri Valeri Geleteyi vəzifəsindən azad etmişdi.
Rüfət/Yenicag.az