Ukraynaya giriş qadağan olunub
Ukrayna hakimiyyəti ölkəyə girişə sərt qadağa qoyub.
Rusiyanın “Aeroflot” hava şirkəti 16-60 yaşda olan Rusiya Federasiyasında, həmçinin Krım və Sevastopolda qeydiyyata alınmış Rusiya vətəndaşlarının Ukrayna ərazisinə daxil olmasına rəsmən qadağa qoyulması barədə məlumat yayıb.
Ruslar bu barədə Ukraynanın Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat aldığını bildirib. Bu qərarı həmin yaşda rusiyalı kişilərin ölkənin şərqindəki vəziyyətə hansısa formada təsir edə biləcəyi ilə əlaqələndirirlər. Sərhədçilər onu da bildiriblər ki, qadağa təkcə təyyarə ilə gələnlərə deyil, nəqliyyatın bütün növlərinə şamil ediləcək.
Bu arada Ukraynanın sərhəd xidməti Rusiyadan kişilərin ölkəyə daxil olmasının yasaqlanması xəbərini təsdiqləməyib(anspress).