Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Ulduz oyunçu futboldan uzaqlaşdırıldı

Reklam: Sinerji Pro

Bu qış fasiləsi dönəmində Türkiyənin “Antalyaspor” klubu ilə müqaviləsinə xitam verən fransalı futbolçu Samir Nəsri UEFA tərəfindən bir il müddətinə futboldan uzaqlaşdırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb. Məlumatda bildirilir ki, qitənin ali futbol qurumu cəzanı rəsmi olaraq bazar ertəsi açıqlayacaq.

Nəsrinin İspaniyanın “Las Palmas” klubuna transferi gündəmdə idi. Lakin UEFA tərəfindən veriləcək cəzadan xəbər tutan La Liqa təmsilçisinin rəhbərliyi ondan imtina etməli olub. Artıq bunu komandanın baş məşqçisi Pako Ximenes də təsdiq edib.

Xatırladaq ki, Nəsrinin cəzalanmasına onun dopinqdə ilişməsi səbəb olub. Beynəlxalq Antidopinq Agentliyi (WADA) xeyli müddət idi fransalı ulduz futbolçu ilə bağlı araşdırma aparırdı. Araşdırmaların nəticəsi Samir üçün uğursuz yekunlaşıb və ona azı bir il müddətinə futbol oynamaq qadağası qoyulub.

www.yenicag.az

5018
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100