UNESCO-nun Baş Qərargahında “Qobustan həftəsi” keçiriləcək

media-hightechnic-468x90
images (1) UNESCO-nun Baş Qərargahında Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə “Qobustan həftəsi” keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən  verilən məlumata görə, UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmiş Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun daha da geniş təbliğ olunması məqsədilə sentyabrın 15-də Qobustana aid foto və əşyalar sərgisinin nümayişi, ziyafət, müxtəlif növlü təbliğat materiallarının paylanması və “Qobustan kölgələri” baletinin nümayişi təşkil olunacaq.

Bu məqsədlə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəqqasları, Böyük Britaniyalı xoreoqraf Maksim Braham və digər nüfuzlu mütəxəssislər cəlb edilib.

Tədbirdə Azərbaycanın, UNESCO katibliyinin və təşkilata üzv dövlətlərin yüksək vəzifəli şəxsləri, o cümlədən mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edəcəklər.

Nazirlikdən bildiriblər ki, sentyabrın 16-da isə Strasburqda “Qobustan kölgələri” baleti nümayiş etdiriləcək. (apa.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600