Dünyanın bir çox tanınmış siması gənc yaşlarında universitetdəki təhsillərini yarımçıq qoyub, karyera arxasınca qaçıb.
Yeniçağ.Az axşam.az-a istinadla həmin məşhurları təqdim edir:
Mark Zukkenberq
Əgər “Facebook” ölkə olsaydı dünyanın ən çox əhalisinə sahib 3-cü böyük dövlət olardı. Bu “ölkə”nin qurucusunu demək olar ki, bütün dünya tanıyır. O, yaratdığı saytın sürətlə böyüməsi işini ləngitməmək üçün oxuduğu Harvard Universitetini tərk edib.
Maykl Del
Dünyaca məşhur “Dell” şirkətinin yaradıcısı Maykl Teqzas Austin Universitetində diplom almağı gözləmədən təhsilini yarıda qoyub.
Paul Allen
Bil Qeytslə birgə “Microsoft” şirkətinin qurucularındandır. İş dünyasına atılmaq üçün Vaşinqton Dövlət Universitetində 2 il oxuduqdan sonra oranı tərk edib.
Bil Qeyts
Paul Allendən yazıb onun “tənbəl” yoldaşından bəhs etməmək olmaz. Çoxlarının arzusunda olduğu universitetin diplomundan imtina edib. Bəli, bu Harvard Universiteti idi.
Laurans Elison
“Oracle”ın sahibi ögey anasını itirdiyi üçün baş tutan yekun imtahana gedə bilməyib və İllinois Dövlət Universitetindəki təhsili bununla da yarıda qalıb. Bugün Amerikanın ən varlı insanlarından biridir.
Met Deymon
O, isə hər hansısa bir proqramı yaratmaq üçün deyil, sadəcə xəyallarının arxasınca aktyor olmaq üçün Harvardı tərk edib.
Stiv Cobs
Oreqonda “Reed College”də bir müddət təhsil alan məşhur “Apple”i yaratdıqdan sonra oranı tərk edib.
Stivn Spiylberq
Dünyaca məşhur rejissor Stivn da Kaliforniya Dövlət Universitetini tərk edənlər sırasındadır. Lakin, 31 ildən sonra verə bilmədiyi kredit borcuna görə prinsipə düşərək diplomunu ala bilib.
Aşley Cud
Gözəl aktrisa Cud Kentuki Universitetinin fransız dili və ədəbiyyat fakültəsini aktrisalıq kariyerasına görə tərk edib.
Oliver Stoun
Hər kəsin sevdiyi məşhur rejissor Yales Universitetindən baş götürüb qaçıb. Amma bunun səbəbi film deyildi. Vyetnam müharibəsində iştirak etmək üçün ABŞ ordusuna yazılmaqla universitet təhsilini yarımçıq qoyur.
Denzl Vaşinqton
Məşhur aktyor yay tətilində çalışaraq pul qazanmaq üçün Fordham Universitetindəki təhsilini yarıda qoyub.
Yeniçağ.Az
www.yenicag.az