!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uşaq evliliyi ilə bağlı CƏZALAR: Erkən nikahların qarşısını almaq mümkün olacaq

!Reklam – Yazi

Uşaq evliliyi ilə bağlı toy məclislərinin təşkil olunduğu məkan sahibləri üçün məsuliyyətin nəzərdə tutulması təklif edilir.

Bu barədə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatında qeyd edilib.

Eyni zamanda, nikah yaşının 18 yaş olduğu nəzərə alınaraq, yetkinlik yaşına çatmayanlarla qeyri‑rəsmi erkən nikaha daxil olan şəxslər və buna şərait yardan valideynlər barəsində İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində məsuliyyət tədbirlərinin əks olunması təklif olunur.

Mövzu barədə Yenicag.az-a açıqlama verən hüquqşünas Ramil Süleymanov deyib ki, erkən nikahlara rəvac verən şəxslərin bu barədə məlumatlı olduqları halda, hüquq-mühafizə orqanlarına informasiya verməməyinə görə məsuliyyətin müəyyən olunması da lazımlı nüanslardan biridir:

“Ümumiyyətlə, bu təşəbbüsün həyata keçirilməsi çox yaxşı təşəbbüsdür. Bəlkə də, bununla erkən nikahların qarşısını almaq mümkün olacaq. Lakin hesab edirəm ki, bu da bu cür halların qarşısını tam almayacaq. İstənilən halda bunula bağlı məsuliyyətə cəlb olunacaq şəxslərin dairəsini genişləndirmək lazımdır. Hesab edirəm ki, ilkin olaraq, erkən nikahlara rəvac verən şəxslərin bu barədə məlumatlı olduqları halda, hüquq-mühafizə orqanlarına informasiya verməməyinə görə məsuliyyətin müəyyən olunması da lazımlı nüanslardan biridir.

Eyni zamanda, 13-15 yaşı uşaqlar erkən nikaha cəlb olunmamışdan öncə, təhsildən yayındırılırlar. Bununla bağlı təhsil müəssisələrində ciddi yoxlamalar aparılmalı, məktəbə gəlməyən şagirdlərlə bağlı həftəlik hesabatlar polis idarələrində olan yetkinlik yaşına çatmayanların işləri üzrə inspektorlara təqdim edilməli və onlar tərəfindən müvafiq qiymətləndirmə aparılaraq, şagirdin məktəbə uzunmüddətli gəlməməsi və təhsildən yayındırılması aşkar olunduqda, inspektor bununla bağlı həmin şagirdin valideyni, qonşuları, ərazidəki sakinlərlə görüşməli, onlarla dəqiqləşdirmələr aparılmalı və bununla da uşağın təhsildən niyə yayındırıldığı və erkən nikaha cəlb edilib-edilməməsi müəyyən olunmalıdır”.

Hüquqşunas əlavə edib ki, erkən nikahların qarşısının alınması üçün əhali arasında ciddi təbliğat işləri aparılmalı və bunların QHT-lər tərəfindən aparılması daha məqsədəuyğundur:

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində 176-1.2 maddəsinə əsasən, yetkinlik yaşına çatmayan qadının nikaha məcburi cəlb olunması ilə bağlı 3 min manatdan 4 min manatadək cərimə cəzası, o cümlədən, 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası tətbiq olunur. Düşünürəm ki, bu cəzanı ağırlaşdırmaq mümkündür. Eyni zamanda, nikaha məcbur etmənin təkcə cinsi olaraq deyil, ümumiyyətlə, nikaha məcbur etmə kimi tövsiv olunması məqədəduyğundur. Burada hər hansı inzibati tənbeh restoran sahiblərinə aid edilə bilər. Tələb qoyula bilər ki nikaha girən şəxslərin şəxsiyyət vəsiqələrinin tələb olunması, onların həqiqətən də evlənən şəxslər olub-olmamasını dəqiqləşdirmək mümkün olsun. Bəzən evlilikdən 10-15 il sonra, bir sıra efirlərdə məsuliyyətə cəlbetmə müddətini ötürmüş şəxslərin sonrada erkən nikaha cəlb olunmaları barədə məlumatları eşidirik. Düşünürəm ki, erkən nikahların qarşısının alınması üçün əhali arasında ciddi təbliğat işləri aparılmalı və bunların QHT-lər tərəfindən aparılması daha məqsədəuyğundur. QHT-lərin bu layihələri icra etməsi dövlət qurumlarının da işinə yardımçı olacaq”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

515
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv