Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Uşaqlarda dəri xəstəlikləri - Yaranmaması üçün nələr edə bilərik?

Uşaqların dərisinə qulluq etmək çox böyük əhəmiyyət kəsb edir. Onların dərisi böyüklərə nisbətən daha nazik, piy və tər vəziləri isə nisbətən azdır.

Yenicag.az xəbər verir ki, dərinin və ümumilikdə orqanizmin müdafiə reaksiyası uşaqlarda xeyli zəif oldugu üçün onlarda dərinin infeksiyalaşması və dəri xəstəliklərinin əmələ gəlməsi daha tez baş verir. Ən erkən dövrlərdən uşağı şəxsi gigiyena qaydalarına riayət etməyə alışdırmaq lazımdır.

Əsas gigiyena qaydaları isə aşağıdakılardır:

– Gündəlik olaraq xarici cinsiyyət üzvlərini yumaq və alt paltarlarını dəyişmək.

– Mütəmadi olaraq duş və ya vanna qəbul etmək.

– Yalnız şəxsi daraq, fırça, dəsmal və s. istifadə etmək.

– Səhər və axşam əl-üzünü yumaq.

Uşağın ayrıca həm bədən, həm də əl-üz dəsmalı olmalıdır. Çünki ən sağlam insanın dərisində özünəməxsus mikroblar yaşayır. Onlar digər insanlara keçərək onun dərisində xəstəliklər törədə bilər.

Digər tərəfdən də təmizlik üçün istifadə etdiyiniz vasitələrdən də çox istifadə etmək də əks effekt verə bilər. Bu zaman uşağın dərisi həddən artıq quruyaraq çatlayır və qabıq verir. Dəridə əmələ gəlmiş çatlardan xəstəlik törədən mikroblar asanlıqla orqanizmə daxil ola bilər.

Dəri xəstəlikləri uşaqlar üçün cox təhlükəli olaraq, böyrək və ürək xəstəlikləri, ağciyərlərin iltihabı, beyin qişalarının iltihabı (meningit), sepsis (mikrobların qana keçməsi), oynaqların zədələnmələri və s. ağırlaşmalara da gətirib çıxara bilər.

Uşağın dərisində müxtəlif səpgilər, ləkələr, suluqlar, qabarcıqlar, qızartı, dərinin rənginin dəyişməsi (həddən artıq qızarma, açıq və ya tünd rəngli ləkələr və s.), qaşınma, göynəmə hissiyyatı və digər əlamətlər əmələ gələrsə, dərhal pediatra və, lazım gələrsə, dermatoloqa da müraciət etmək lazımdır./Medicina/

Loading...

www.yenicag.az

1608
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100