“Uşaqlarıma görə qorxuram” – Mətanət Əliverdiyeva canlı yayımda ağladı
“Allahım, mənə möhlət ver, övladlarımı bir tərəfə çıxarım”.
Yenicag.az xəbər verir ki, bu sözləri canlı yayımda aparıcı Mətanət Əliverdiyeva deyib.
Aparıcı aktyor Cabir İmanovun yoxluğu ilə barışmadığını bildirərək ölümdən danışıb və nigarançılığını dilə gətirib:
“Ölüm haqdır, bir gün hamımız bu dünyadan köçəcəyik. Hərdən mən də bir kənara çəkilib ağlayıram. Ona görə yox ki, ölümdən qorxuram, uşaqlarıma görə… Düşünürəm ki, mən bu dünyada olmasam, uşaqlarım neyləyər? Allahımdan möhlət istəyirəm, onları bir tərəfə çıxarım, sonra…”
Qəhərdən boğulan aparıcı fikirlərini sona qədər ifadə edə bilməyərək göz yaşı töküb.
Nehru