Üsyançılar iki şəhərə daxil oldular

media-hightechnic-468x90

14301279622683145373_750x500Aprelin 27-də Yəməndə “Ənsar Allah” hərəkatının tərəfdarları, husi-şiə üsyançıları və onları dəstəkləyən ordu hissələri paytaxt Sənadan 120 kilometr şərqdə yerləşən Marib şəhərinə daxil olub. Şəhərin qərb hissəsindəki Xamra rayonunda ağır döyüşlərin davam etdiyi bildirilir.

Yenicag.az azertac-a  istinadla xəbər verir ki, Marib şəhəri iki gün bundan əvvəl regionun böyük hissəsini ələ keçirən husilər tərəfindən mühasirəyə alınmışdı. Neft və qaz yataqlarının olduğu əyalətin ələ keçirilməsi üsyançılar üçün strateji əhəmiyyət daşıyır.

Yəmənin cənub-qərbindəki Taiz şəhərində də ağır döyüşlər davam edir. Bu şəhərdə üsyançılara qarşı “Əl-İslah” qruplaşması müqavimət göstərir. Hər iki Tərəf döyüşlər zamanı iri çaplı pulemyotlardan və minaatanlardan istifadə edirlər. Ölkənin ən iri üçüncü şəhərində son sutka ərzində 15 nəfər həlak olub, 30-a qədər insan isə yaralanıb.

Bu arada Səudiyyə Ərəbistanı və onun müttəfiqləri Səna şəhərində Respublika Qvardiyasının 7-ci briqadasına, həmçinin Taiz şəhəri ətrafındakı husi mövqelərinə hava zərbələri endiriblər.

Ədən şəhərində isə artıq iki aydır ki, döyüşlər səngimir. Üsyançılar bu şəhərə aparan sahil yolunun nəzarətini əllərinə keçirməyə müvəffəq olublar.

Xatırladaq ki, martın 26-na keçən gecədən etibarən Bəhreyn, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri Yəmən ərazisində şiə üsyançılarının mövqelərinə hava zərbələri endirməyə başlayıb. Yəməndə qanuni prezident Abd Rabbo Mənsur Hadi hakimiyyətinin bərpa olunmasına yönələn “Qətiyyət tufanı” adı altında aparılan əməliyyatlara sonradan Misir, İordaniya, Mərakeş, Pakistan və Sudan da qoşulub.

Buna baxmayaraq, Yəməndəki münaqişənin miqyası artmaqda davam edir. İndiyə qədər gedən döyüşlərdə və koalisiyanın endirdiyi hava zərbələri nəticəsində həlak olanların sayı 1080 nəfərə çatıb, daha 4350 nəfər yaralanıb, 150 min nəfər isə evlərini tərk etmək məcburiyyətində qalıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600