Vahid sərhəd qrupu formalaşdırılır

media-hightechnic-468x90

86679Qırğızıstan paytaxtı Bişkekdə bu gün MDB ölkələrin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası keçirilib.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, tədbirdə MDB üzvü olan ölkələrin xarici siyasət idarəsi rəhbərləri qatılıblar.

MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev vurğulayıb ki, Ukrayna nümayəndə heyəti də daxil olmaqla iclasda MDB-nin 11 ölkəsi təmsil olunub.

İclas iştirakçıları MDB dövlətləri ilə birgə sərhəd zonalarda və xarici ölkə sərhədlərində böhran vəziyyətlərin nizama salınması üçün vahid qrupun formalaşdırılması haqqında qərarı dəstəkləyiblər.

Görüş zamanı 2016-2020-ci illərdə xarici ölkələrlə sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsində MDB-nin əməkdaşlıq proqramı layihəsi, xəbərdarlıq və fövqəladə vəziyyətlərin aradan qaldırılması sahəsində MDB çərçivəsində əməkdaşlıq haqqında razılaşmalar, MDB dövlətlərinin ümumi təhsil təşkilatlarının pedaqoji işçilərinin ixtisasın artırılması haqqında razılaşma, həmçinin 2020-ci ilə qədər MDB-ın silahlı qüvvələrində hərbi-tətbiqi idman növlərinin inkişaf Konsepsiyası bəyənilib.

Bu sənədlərin layihələri MDB-nin dövlət və hökumət başçılarının Məsləhət Şurasının müzakirəsinə təqdim ediləcək.

XİN-in növbəti iclasının bu ilin payızında Astanda keçirilməsi qərara alınıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600