!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vaksinasiya ilə birlikdə artan YOLUXMA: "Bəzi "COVID-faşistlər" var ki..." - Natiq Cəfərli

!Reklam – Yazi

“Belə məlumatlar yayılır ki, camaat vaksin vurdurmur, 150-200 manata COVID-pasport alır”.

Yenicag.az xəbər verir ki, bu sözləri son günlər ölkədə koronavirusa yoluxma hallarında müşahidə olunan artıma münasibət bildirən iqtisadçı Natiq Cəfərli deyib.

Natiq Cəfərli qeyd edib ki, vaksinasiya prosesinin davam etməsinə baxmayaraq, yoluxma hallarının artması sual doğuran məqamdır:

“Keçən ilin avqust ayında cəmi 79 yeni yoluxma faktı qeydə alınmışdı, 2 nəfər vəfat etmişdi. Həmin günə ölkədə vaksin vurulan heç kim yox idi. 10 avqust 2021-ci ildə isə 1736 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər isə vəfat edib.

Maraqlıdır ki, vaksinləşən insan sayı artır, amma yoluxma və ölüm hallarında da artım var. Bunun səbəbini araşdırmaq lazımdır.

Belə məlumatlar yayılır ki, camaat vaksin vurdurmur, 150-200 manata COVID-pasport alır. Dünyada və bizdə bəzi “COVID-faşistlər” var ki, bu mövzuda danışmağı, düşünməyi qadağan etmək istəyirlər, özü də bunu “liberalizm” adı altında edirlər”.

Gülşən Şərif

COP29

www.yenicag.az

1367
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv