Vaqif Mustafayevin verilişi də bağlandı

media-hightechnic-468x90
Space Televiziyasının sabiq rəhbəri, kinorejissor Vaqif Mustafayevin daha bir layihəsinin yayımı dayandırılıb.
Yenicag.az Unikal.org-a istinadla xəbər verir ki, V.Mustafayevin müəllifi olduğu “Sadə Həqiqətlər” verilişi Space kanalında yayımlanmayacaq. Kinorejissorun son verilişinin qonağı millət vəkili Fazil Mustafa olub. V.Mustafayevin Space Televiziyasının rəhbəri vəzifəsindən azad olunmasından sonra çəkilən həmin veriliş də efirə verilməyib.
Qeyd edək ki, “Sadə Həqiqətlər” verilişi hər həftənin cümə günü saat 22:00-da Space Televiziyasında yayımlanırdı.
media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600