!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Vaqner”in Belarusda nə işi var? – “Putinin Lukaşenkonu devirmək niyyəti ciddidir” - Elxan Şahinoğlu

!Reklam – Yazi

“Rusiya Belarusun Qərbə doğru istiqamətlənməsini əngəlləmək üçün kobud üsullara əl atır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin 32 döyüşçüsünün Belarusa göndərilməsinin səbəblərinə toxunan politoloq Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlunun sözlərinə görə, Rusiya Belarusu öz təsir dairəsindən kənara buraxmamaq üçün hərəkətə keçib:

“Əgər ötən əsrin 90-cı illərində Belarusu Rusiyanın “peyk”i adlandırmaq mümkün idisə, 2000-ci illərdən sonra Minskin daha müstəqil siyasət yürütməyə meyilləndiyi görünürdü. Yəni Belarus prezidenti Aleksandr Lukaşenko əmin oldu ki, Rusiyaya bərabərhüquqlu tərəfdaş ölkə yox, vassal lazımdır. O baxımdan, bununla razılaşmayan Belarus prezidentinin Rusiyaya yönəlik təpkilərinin çox şahidi olmuşuq.

Avropada cərəyan edən son proseslər fonunda Belarusunu Qərblə münasibətləri normallaşdırmaq istiqamətində müəyyən addımlar atmasına adekvat qarşılıq verilir. Bu sırada Qərb dövlətlərinin Belarusa qarşı tətbiq etdiyi sanksiyaların çoxunun artıq götürüldüyünü xatırlada bilərik.

Əlbəttə, Rusiya Belarusun Qərblə yaxınlaşmasına çox həssas yanaşır və Ukraynadan sonra bu ölkənin də itirlməsini istəmir. Ona görə də, bu gedişatı öz xeyrinə dəyişmək üçün hərəkətə keçib. “Vaqner” başkəsənlərinin Belarusa avqustun 9-da keçiriləcək prezident seçkilərinə təqribən iki həftə qalmış göndərilməsi səbəbsiz deyil.

Göründüyü qədər, Putin “Lukaşenko təhlükəsi”ni ortadan qaldırmaq üçün seçki öncəsi Belarusda ciddi qarşıdurma yaratmaq planlaşdırıb. Hətta yayılan məlumatlara görə, Rusiya Belarusda antiQərb “Maydan”ı formalaşdırmaq istəyirdi. Əks halda, “Vaqner”in Belarusda edəcəyi başqa bir iş yoxdur. Ancaq Belarusun xüsusi xidmətinin sayıqlığı nəticəsində “Vaqner”in diversiya qrupu zərərsizləşdirildi.

Ümumiyyətlə, Lukaşenkonun 9 avqust seçkilərində məğlub olacağını düşünmürəm. Onun hakimiyyətinin növbəti dönəmində Qərb və Rusiyaya yönəlik siyasətində çox maraqı gedişlərinin olacağı gözlənilir”.

Aqil Bəkir

www.yenicag.az

1249
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv