Varlı ulduzların yoxsul keçmişi – Avtobusda yatan, butulka satan, hamballıq edənlər… – Araşdırma
Hollivud ulduzları dəbdəbəli həyatları ilə hər zaman gündəmdədirlər. Lakin onlar heç də birdən birə gəlib bu yerlərə çatmayıblar.
Yenicag.az bir vaxtlar yoxsulluqdan əziyyət çəkən ulduzların adlarını təqdim edir.
1. Jim Carrey Bir vaxtlar yoxsulluqdan əziyyət çəkən məhşur aktyor gündüz hamballıq edib, gecə komediya ustası olaraq səhnələrə çıxırdı.
2. Daniel Craig Aktyor olmağa qərar verən Craig üçün həyat heç də düşündüyü kimi asan olmur. Yoxsulluq üzündən bir müddət o, hətta parklarda yatırdı.
3. Shania Twain Kasıb ailədə dünyaya gələn Shania Twain uşaqlığının bir qisimini kimsəsizlər evində keçirib. O, 8 yaşında olarkən ailəsinə kömək məqsədilə barlarda mahnı oxuyurdu.
4. William Shatner Məşhur aktyor həyatının bir qismini maşınında keçirmək məcburiyyətində qalıb.
5. Kelly Clarkson Los Ancelesdə qalmağı planlaşdırdığı evdə yanğın baş verincə əşyaları ilə birlikdə küşələrdə qalır. Maddi vəziyyəti yeni ev almağa imkan verməyən müğənni maşınında gecələyir.
6. David Letterman 70-ci illərin ortasına, daha dəqiq bir komediya ustasının yanında iş tapana kimi, Letterman da maşınında yaşayıb.
7. Kurt Cobain Onu sevənlər bunu bilsələr də, bir daha xatırladaq ki, müğənni Kurt Cobain bəzən körpü altında, bəzən isə xəstəxanaların gözləmə otağında yatırmış.
8. Sylvester Stallone Sevilən aktyor Sylvester Stallone, Nyu-Yorkda qaldığı evdən, kirayəsini ödəyə bilmədiyi üçün qovulduqdan sonra avtobus dayanacaqlarında qalıdı.
9. Halle Berry Halle, Nyu -Yorkda yaşadığı zaman maddi vəziyyəti yaxşı olmadığı üçün bir müddət kimsəsizlər evində yaşamalı olub.
10. Jennifer Lopez Ailəsinin razılığı olmadan Hollivuda gələn məşhur dünya ulduzu Lopezin nə qalmağa yeri, nə də pulu olur. Lakin burda dostları onu tək buraxmır və kömək edirlər. Bir müddət dostlarının evində qalan müğənni sonrada özünə yaşamağa ev tapır.
11. Hilary Swank Karyerasına başlamazdan əvvəl maddi vəziyyəti yaxşı olmayan aktrisa Hilary Swank bir müddət anası ilə birgə avtomobildə qalmalı olub.
12. Carmen Electra Birlikdə yaşadığı sevgilisi Carmenin hər şeyini oğurlayıb evdən qaçandan sonra, o da bir çox məşhur kimi yoxsul həyat yaşayıb.
13. Drew Carey Las Veqasdan Kaliforniyaya köçmək qərarına gələn aktyor Drew gözləmədiyi çətinliklərlə üzləşib. Nəticədə qalmağa yeri belə olmayan aktyor həyatla mübarizə aparmağa başlayıb.
14. Lil Kim Atası evdən qovandan sonra küçələrdə qalan məşhur reper Brooklyndə kimsəsizlər yurdunda yaşayıb.
15. Rose McGowan Yoxsulluqdan əziyyət çəkən daha bir məhşur Rose McGowandır. Vaxtı ilə onun da qalmağa yeri olmadığı üçün harada gəldi gecələyirmiş.
16. Steve Jobs Steve Jobsun da yoxsulluq dönəmləri olub. O, gənclik illərində dostunun otağında yaşayıb. Gündüzləri isə boş şüşə qablar toplayaraq satırmış. Çox vaxt qarnını ibadətxanalarda verilən yemeklərlə doyururdu.
Yenicag.az