Vasifin sözləri xanəndəni RƏNCİDƏ ETDİ: “Ad çək, ümumi danışma!” – VİDEO

media-hightechnic-468x90

“Hansı xanəndə mahnı oxuya bilmir, ay Vasif?”

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Əməkdar artist Vasif Məhərrəmlinin “İncə səhər” verilişində səsləndirdiyi “Hər xanəndə mahnı oxuya bilmir” fikri sənət aləmində qarşıdurma yaradıb.

Yenicag.az-a açıqlama verən Ustad xanəndə Sabir Abdullayev həmkarının bu iddialarına sərt reaksiya verərək, onu açıq danışmağa səsləyib:

“Vasifin xətrini istəyirəm, aramız da yaxşıdır, bir-birimizi çoxdan tanıyırıq. Amma ona məsləhət görmürəm ki, bu mövzuda tənqidi fikir söyləsin. Hansı xanəndə mahnı oxuya bilmir, ay Vasif? Niyə oxuya bilmir? Ən azından tar və kamançanın müşayiəti ilə həm təsnif, həm muğam, həm də mahnı oxuyur…”

Sabir Abdullayev xanəndələrin özünəməxsus ifa tərzinə malik olduğunu vurğulayaraq sözlərinə belə davam edib:

“Hərənin öz yolu, öz nəfəsi var, hərə öz orbitində oxuyur. Elə ifalar var ki, onu ikinci adam həyatı boyu oxuya bilməz. Yəqin ki, Vasif bu sözü işlədəndə bizi nəzərdə tutmayıb. Mən açıq danışmağı sevirəm. Vasif kimi nəzərdə tutursa, adını çəksin. Desin ki, Əli, Vəli, yaxud Pirvəli oxuya bilmir. Ümumi danışaraq hamını hədəf almaq doğru deyil”.

Videonu təqdim edirik:

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05