Vaşinqton görüşü: Sülh yoxsa yeni gərginlik?

media-hightechnic-468x90

“ABŞ Prezidenti qarant rolunda çıxış edərsə və Azərbaycana inandırıcı təminatlar verərsə, bəlkə də sülh sazişinin imzalanması mümkün olar”

Bunu Yenicag.az-a açıqlamasında politoloq Abutalıb Səmədov deyib.

media-af6d3bfb-74ea-4745-9df4-9f650fc49a3f

O, Azərbaycanla Ermənistan arasında sülh prosesi fonunda irəliləyiş əldə etmək üçün Vaşinqton görüşünün əhəmiyyətindən danışıb.

Politoloq bildirib ki, gözlənilən görüş Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində atıla biləcək son dərəcə mühüm addım ola bilər. Həmin görüşdə sülh sazişinin imzalanma ehtimalı çox aşağıdır, lakin müəyyən qədər imkan mövcuddur.

“Məlumdur ki, Azərbaycan hakimiyyəti israrla Ermənistan konstitusiyasının dəyişdirilməsini tələb edir. Ermənistan isə bu addımı yalnız 2026-cı ilin sonlarında ata biləcəyini bildirir. Bu halda təbii ki, sülh sazişinin imzalanması mümkün deyil. Ancaq görüş zamanı ABŞ Prezidenti qarant rolunda çıxış edərsə və Azərbaycana inandırıcı təminatlar verərsə, bəlkə də sülh sazişinin imzalanması mümkün olar. Az da olsa belə bir ehtimal mövcuddur.

Lakin daha böyük ehtimalla memorandum — niyyət sənədi — imzalanacaqdır. Bu sənədin Ağ Evdə imzalanması və Prezident Donald Trampın iştirakla keçirilməsi tədbirin əhəmiyyətini bir neçə dəfə artırır. Ağ Evdə memoranduma imza atılması ABŞ-nın Cənubi Qafqaza nüfuz etməsi üçün əlavə imkan yaradır. Azərbaycan və Ermənistan da maraqlıdır ki, ABŞ Cənubi Qafqazda daha böyük nüfuza sahib olsun.

Digər tərəfdən, bu görüş Zəngəzur dəhlizinin açılmasına da şərait yarada bilər və ABŞ-nın Cənubi Qafqazdakı proseslərə daha fəal şəkildə qoşulmasına imkan verə bilər. Çünki burada əsas maneə İran və Rusiyanın mövqeyidir. Təbii ki, Ermənistan da onlara qarşı çıxmağa cəsarət etmir.

ABŞ bu prosesə fəal şəkildə qoşularsa, Ermənistan daha cəsarətli addımlar ata bilər. Ümid edək ki, bu görüş uğurlu olacaq, memorandum imzalanacaq, gözlədiyimiz bəyanatlar səsləndiriləcək. Həmçinin ABŞ Cənubi Qafqazın problemləri ilə aktiv şəkildə məşğul olmağa başlayacaq”, — deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa