Vəkilləri də İmamoğlunun saxlanılmasına etiraz etdi

media-hightechnic-468x90
Martın 23-də İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı keçirilən “terror” və “korrupsiya” əməliyyatlarından sonra həbs edilən İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun saxlanılmasına etiraz edilib. 
Yenicag.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İmamoğlunun vəkilləri Fikrət İlkiz, Mehmet Pehilvan, Tora Pekin və Həsən Fehmi Dəmir İstanbul 10-cu Sülh Cəza Məhkəməsinə etiraz ərizəsi təqdim ediblər.
Etiraz ərizəsində qeyd olunub:
“Əvvəldən sona qədər qanunla qadağan olunmuş üsullarla aparılmış, konkret faktlarla üzə çıxan, on milyonlarla insanımızın reaksiya verdiyi istintaq nəticəsində həbsi qərara alınan Əkrəm İmamoğlunun azadlığa buraxılmasını və səlahiyyətli məhkəməyə göndərilməsini tələb edirik”.
Vəkillər aksiyalarda saxlanılan gənclərin  həbs edilməsinə də etirazlarını bildiriblər.
media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600